Çətində olsa, Çempionların yarışdığı liqada mübarizə başa çatdı. Almaniya futbolu bütün Avropada bu il güclü olduğunu sübut etdi. Təkcə «Bavariya» qalib gəlmədi. COVİD-19 virusunun «at oynatdığı» yarım il ərzində bu ölkə böyük çətinliklə üzləşdi. Lakin hadisələrə soyuqqanlı yanaşmaqla, onlar həyatı öz axarına sala bildilər. Futbolsuz qaldığımız günlərdə onlar bizə futbol həyəcanı bəxş etdilər. Böyük risk edib, stadionlarını futbolçuları üçün açdılar. Nəticədə, Bundesliqa qaldığı yerdən davam etdi. Formaya düşən komandalar evdəqalan azarkeşlərə təskinlik verdilər. «Bavariya» bu qalibiyyətə layiq idi. Onlar çempionlar liqasından əvvəl ölkə çempionluğunu, kubokunu bayram edib, qitənin ən böyük yarışında birinci olmağa qərar verdilər. Almaniya nəhəngi mübarizə başlayanda, əsas rəqiblərindən xeyli irəlidə idi. «Bavariya» ürəklə, həvəslə qətiyyətlə qoşuldu, bu həyəcana. Nəticə göz qabağındadır. Artıq bir neçə ildir ki, Çempionluq üçün böyük işlər görən komanda arzusuna nəhayət çatdı. komanda finala qədər irəliləmək istəsə də, güclü rəqiblərinin müqaviməti onları yolu yarıda qoymağa məcbur etmişdi. Sonuncu dəfə 8 il bundan qabaq baş mükafata layiq görülən Almaniya təmsilçisi bütün bacarığını bu ilə saxladı. Doğrudan da, kollektiv oyun nümayiş etdirən bu klub bu mövsümdə çempionluğa ən layiqli namizəd idi. Onun Çempionlar liqasındakı rəqibləri - «Real», «Barselona», «Yuventus», «Mançester Siti» bu il bu uğura layiq deyildilər. Adlarını sadaladığımız komandalarda ciddi problemlər və çatışmazlıqlar özünü açıq aşkar göstərirdi.
«Bavariya»nın 1973-2020-ci illərdə UEFA Çempionlar liqasında çıxışı:
1973-1974 Bavariya (Almaniya) - Atletiko (İspaniya) - 1:1
1973-1974 Bavariya (Almaniya) - Atletiko (İspaniya) - 4:0
1974-1975 Bavariya (Almaniya) - Lids (İngiltərə) - 2:0
1975-1976 Bavariya (Almaniya) - Sent-Etyen (Fransa) -1:0
1981-1982 Aston Villa (İngiltərə) - Bavariya (Almaniya) - 1:0
1986-1987 Portu (Portuqaliya) - Bavariya (Almaniya) - 2:1
1998-1999 Mançester Y (İngiltərə) - Bavariya (Almaniya) - 2:1
2000-2001 Bavariya (Almaniya) - Valensiya (İspaniya) - 1:1*
2009-2010 İnter (İtaliya) - Bavariya (Almaniya) - 2:0
2011-2012 Çelsi (İngiltərə) - Bavariya (Almaniya) - 1:1*
2012-2013 Bavariya (Almaniya) - Borussiya D - (Almaniya) - 2:1
2012-2013 Bavariya (Almaniya) - Borussiya D - (Almaniya) - 2:1
2019-2020 Bavariya (Almaniya) – PSJ (Fransa) – 1:0
«Bavariya» sübut etdi ki, komanda yarışlarında qələbə kollektiv əməyin məhsuludur. Heyətdə bir-iki ulduz futbolçu bir komandanı finala qədər apara bilməz. Sonuncu dəfə Yupp Haynkenin (2011-2013) vaxtında ÇL-in qalibi olan komandada bu günə kimi 5 məşqçi dəyişən klub bu uğura hazırki, baş məşqçi ilə Hans-Diter Fliklə yiyələndi. Flikə qədər Xosep Quardiola (2013-2016), Karlo Ancelotti (2016-2017), Villi Sanyol (2017), Yupp Haynke (2017-2018 (ikinci qayıdış)), Niko Kovaç (2018-2019) komandaya bu sevinci yaşada bilməmişdi. Bu o demək deyil ki, Flik adları çəkilən mütəxəssislərdən üstündür. Sadəcə məhz onun vaxtında «Bavariya» tam formaya düşə bildi. Etiraf edək ki, həmin məşqçilərin də bu qələbədə az da olsa, payı var. «Bavariya» barədə mövzyua bir qədər fasilə verək.
Rəqabətsiz çıxış və inkişafa təsir amil
Çempionlar Liqasının finalına qədər yüksələn PSJ yalınz ölkəsində vaxtından əvvəl çempion bilir. Fransa çempionatını digər beşlik ölkələri ilə müqayisə etmək olmaz. Liqa 1-də parislilərlə müqavimət apara biləcək komanda demək olar ki, yoxdur. Bu il bir qədər «Lion» fəallıq nümaiyş etdirmək istəsə də, pandemiya səbəbindən çempionat dayandırıldı və ən çox xalı olan PSJ növbəti dəfə qalib elan olundu.
Qətərli iş adamı Nasser Əl-Helaifinin milyonları hesabına klub halında formalaşan PSJ öz ölkəsində rəqabətsiz çıxış edir. Bu isə komandanın inkişafına təsir edir. Braziliyalı Neymarı 222 milyon avro müqabilində heyətə cəlb etmək olar. Lakin böyük uğurlar böyük pullar pullar hesabına qazanılmır. Zamanında, yəni 2017-ci ildə qətərli iş adamı Neymar üçün bu qədər məbləğ xərcləyəndə, bu hadisə birmənalı qarşılanmamışdı. Etiraf edək ki, Neymar üçün bu qiymət gülünc idi. Əgər PSJ-nin Çempionlar Liqasında «səkkizlər finalında» finala qədər vurulan qələbə qollarında onun həmyerlisi Markinyos (2013-cü ildə «Roma»dan transfer olunub) fərqlənirsə, bəs Neymar nə edir? Topla janqlyorluq, aktyorluq, hakimlərdən rəqibi cəzalandırmaq tələbi - bu xüsusiyyətlər Neymara məxsusdur. Futbol belə şeyləri qəbul etmir. Elə azarkeşlər də...PSJ adı çəkiləndə yada düşən digər futbolçu isə Kilian Mbappedir. O, istedadlı və gələcəyi parlaq ola bir futbolçudur. Amma paris onun arzularının həyat keçməsi üçün kifayət etmir. O, ardıcıl Fransa çempionluğundan və kubokdan təngə gəlib. Mbappe yenilik axtarır. PSJ-də sıxılan fransalı dünya çempionu öz bacarığını göstərmək üçün yeni bir meydan axtarır. Lakin PSJ onu buraxmır ki, buraxmır. Əli-qolu bağlı olan Mbappeni böyük pullar hesabına saxlamağa çalışırlar. Halbuki, o, Avropanın digər klublarına keçid etsə, çox güman ki, «Qızıl top»dan tutmuş, Çempionlar Liqasının əsas mükafatına da yiyələnə bilər. Belə bir düşüncə və klub siyasəti ilə PSJ çətin ki, yaxın illərdə uğur qazansın. Tarixində ilk dəfə Çempionlar liqasının finalına yüksələn, amma qələbə qazana bilməyən PSJ barəsində də bu qədər…
Fürsətdən istifadə edib, əsl futbol azarkeşlərini və «Bavariya» azarkeşlərini təbrik edirik. PSJ azarkeşləri isə məyus olmasın. Hələ düşünmək və yeni addım atmaq üçün xeyli vaxt var.
Anar Əhmədov