“Marsel” azarkeşləri PSJ-nin Çempionlar Liqasının finalındakı məğlubiyyətini qeyd edib. Yerli fanatlar Paris təmsilçisinin “Bavariya” ilə oyunundan sonra küçələrə axışıblar.
Polis əməkdaşları vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün hətta gözyaşardıcı qazdan da istifadə edib. Qarşıdurma zamanı bir neçə azarkeş saxlanılıb.
Qeyd edək ki, Lissabonda keçirilən PSJ - “Bavariya” finalı ikincilərin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
“Marsel”lilər PSJ-nin məğlubiyyəti bayram etdilər
