Avqustun 8-dən 11-dək ABŞ-ın Mayami ştatında keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatında təmsilçilərimiz 1 qızıl və 1 gümüş medal qazanıblar.
Dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçunun mübarizə apardığı yarışda Natiq Qurbanlı (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızlar mübarizəsində isə 40 kiloqram çəki dərəcəsində Leyla Əliyeva yalnız Yaponiya cüdoçusuna məğlub olaraq gümüş medala layiq görülüb. Qeyd edək ki, yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı artıq üçüncü dəfədir ki, təşkil olunur.
Qeyd edək ki, anoloji yarış 2009 və 2011-ci illərdə keçirilib. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu turnirdə medal qazanırlar. Məlumat üçün qeyd edək ki, medal qazanan hər iki cüdoçumuz 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıblar.