PSJ-nın futbolçusu Neymar şəxsi Twitter hesabında paylaşımı ilə diqqət çəkib. Belə ki, braziliyalı oyunçu Çempionlar Liqasında qazandığı qələbə münasibəti ilə “Bayer” klubunu təbrik edib. Futbolçu paylaşımında bir hərfi yazmağı unudaraq, “Bayern” əvəzinə “Bayer” qeyd edib.
“Məğlubiyyət idmanın bir hissəsidir, biz sona qədər mübarizə aparırıq. Hər birinizə dəstək və sevginiz üçün təşəkkür edirik. “Bayer” i təbrik edirəm”, deyə Neymar qeyd edib.
Almaniyanın “Bayer” klubu Neymarın səhvinə biganə qalmayıb. Leverkuzen klubu futbolçunun təbrikinə cavab verib: “Təşəkkürlər, Neymar. Bizi niyə təbrik etdiyini o qədər də başa düşmürük. Axı biz məzuniyyətdəyik və FİFA oynayırıq. Amma təşəkkürlər”.
Neymarın marağa səbəb olan təbriki
