UEFA-nın yeni reytinqi açıqlandı

UEFA-nın yeni reytinqi açıqlandı

Avrokubokların 2019/20 mövsümünə yekun vurulub. Çempionlar Liqasında “Bavariya” və PSJ arasında final matçı (1:0) mövsümün son oyunu olub. Bu qarşılaşmanın ardından UEFA-nın yekun reytinq cədvəli açıqlanıb. “Bavariya”nın qələbəsi sayəsində Almaniya İngiltərəni keçərək mövsümün ikincisi olub. İki illik fasilədən sonra İspaniya mövsümün ən yaxşısı adını qazanıb - 18,928. 
Son 5 mövsümün nəticələrində isə Almaniya 3-cü sırada qalıb. İlk iki yerdə İspaniya və İngiltərə qərarlaşıb.
Təmsilçiləri hələ ötən il mübarizəni başa vuran Azərbaycan 26-cı pillədə bitirib. Ölkəmizin hesabında 18,750 xal var. Maraqlıdır ki, Azərbaycan mövsümün də 26-cısı olub - 3,375 xal.