Komandamızın heyəti açıqlanıb

Komandamızın heyəti açıqlanıb

Avqustun 26-dan 31-dək Braziliyanın Rio-de-Janeyro şəhərində cüdo üzrə dünya çempionatı keçiriləcək. Artıq yarışda ölkəmizi təmsil edəcək komandamızın heyəti müəyyənləşib. Baş məşqçi Peter Zayzenbaher çempionat üçün 14 idmançı sifariş edib.
Komandamızın heyətində tatami üzərinə Vüqar Şirinli, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şixəlizadə, Nadir Babayev (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Elnur Məmmədli, Tural Səfquliyev (hər ikisi 81 kq), Şəhməd Məhəmmədov, Şahin Qəhrəmanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Emil Tahirli (+100 kq) və Kifayət Qasımova (57 kq) çıxacaqlar.
Qeyd edək ki, kişilərin yarışında super-ağır çəki dərəcəsi istisna olmaqla, ölkəmiz digər çəkilərdə 2 cüdoçu ilə təmsil olunacaq. Lakin 81 kq çəki dərəcəsində mübarizə aparacaq Olimpiya çempionumuz Elnur Məmmədlinin yarışda iştirak edəcəyi tam dəqiq deyil. Belə ki, ayağından zədə alan cüdoçumuzun dünya çempionatını buraxacağı ehtimal olunur.