"Qızıl top"un bərpası üçün petisiya
 

"Qızıl top"un bərpası üçün petisiya  

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının bu il verilməsi üçün petisiya başlayıb. Petisiyanı "Bleacher Report"un müxbirləri yaradıb və hazırda 140 mindən çox insan imzalayıb. 
Qeyd edək ki, "France Football" nəşri  koronavirus pandemiyasına görə yaranmış problem səbəbindən mükafatın bu il heç bir oyunçuya verilməyəcəyini açıqlayıb. "Barselona"nın kapitanı Lionel Messi 2019-cu ildə 6-cı dəfə "Qızıl top" mükafatına layiq görülüb. 1956-cı ildən təşkil olunan mərasim ilk dəfə baş tutmayacaq.