Qrossmeysterlərimiz olimpiadanın ən yaxşıları sırasında yer aldılar

Qrossmeysterlərimiz olimpiadanın ən yaxşıları sırasında yer aldılar

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup mərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.
Siyahıda Azərbaycan qrossmeysterləri də var. B qrupunda mübarizə aparan yığma üzvlərindən I lövhədə Şəhriyar Məmmədyarov 3,5, II lövhədə Rauf Məmmədov 6, III lövhədə isə Günay Məmmədzadə 5 xalla zirvədə yer alıb.
Məmmədov eyni zamanda qrup mərhələsinin rəmzi yığmasına da düşüb. O, 12 nəfərlik siyahıda yalnız polşalı Yan-Kşiştof Dudadan (7 xal) geri qalır.
Qeyd edək ki, Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.