UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start
verilib. İlk oyun günündə 2 görüş keçirilib. Türkiyə təmsilçisi
«Beşiktaş» Yunanıstanda PAOK-la üz-üzə gəlib. Matç meydan
sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Serbiyanın «Srvena
Zvezda» komandası isə Albaniyada «Tirana» üzərində minimal
hesablı qələbə qazanıb. Qaliblər mübarizəni Çempionlar Liqasının, məğlub olan komandalar isə Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcəklər.
25 avqust
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
22:00. Tirana (Albaniya) - Srvena Zvezda (Serbiya) - 0:1
Qol: Fernandeş Tomane, 61
22:00. PAOK (Yunanıstan) - Beşiktaş (Türkiyə) - 3:1
Qollar: Xristos Tzolis, 7; 24. Dimitrios Pelkas, 30 - Kayl Larin, 37
İstifadə olunmamış penalti: Çuba Akpom, 41 (PAOK)
Qeyd edək ki, Çempionlar Liqasında II təsnifat mərhələsinin daha
11 oyunu avqustun 26-da keçiriləcək.