İspaniyalı futbolçu İtaliya klubunu seçdi

İspaniyalı futbolçu İtaliya klubunu seçdi

İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro İtaliyanın “Roma”
komandasına transfer olub. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb. 33 yaşlı sabiq “Barselonalı” “Roma” ilə üçillik müqavilə imzalayıb. Qeyd edək ki, Pedro “Çelsi”də beşillik çıxışından sonra azad agent statusunda “Roma”ya keçib. 2019-2020-ci il mövsümündə Pedro 23 görüşdə meydana çıxıb və 2 qolla yadda qalıb.
Karyerası ərzində futbolçu 25 titula yiyələnib, onlardan ən uğurlusu
UEFA Çempionlar Liqasında, İspaniya və İngiltərə çempionatlarında
qazandığı qələbələrdir.