Türkiyə futbolunda yeni liqa

Türkiyə futbolunda yeni liqa

Türkiyə Futbol Federasiyası (TFF) ölkədə yeni liqanın təsis
edilməsi ilə bağlı qərar qəbul edib. B Komandalar Liqası adlanan
yeni çempionatda Super Liqa təmsilçiləri iştirak edəcəklər.
Liqada çıxış etməklə bağlı klublar müstəqil qərar verəcəklər.
Yarışda elita təmsilçilərinin yerli və əcnəbi oyunçuları ilə yanaşı,
gənc futbolçuları da mübarizə apara biləcəklər.
Mövsümün sonunda çempion komanda 5 milyon, ikinci yerin sahibi
3 milyon, 3-cü pilləni tutan klub isə 2 milyon Türkiyə lirəsi
qazanacaq.