Əfsanəvi Dieqo Maradona karyerasını La Liqada davam etdirə bilər.
Yeni mövsümdən yüksək dəstədə çıxış edəcək “Elçe” argentinalını baş məşqçi postuna gətirmək istəyir. Klubun argentinalı sahibi Kristian Bqaranik həmyerlisini komandasına gətirməyin təşəbbüskarıdır. Maradona hazırda vətənində “Ximnasiya Esqrima”nı çalışdırır.
“Elçe” bir müddət əvvəl baş məşqçisi Xose Roxo Martinlə yollarını
ayırıb. 52 yaşlı mütəxəssis komandanı La Liqaya çıxardıqdan sonra
postunu tərk edib.
Maradona La Liqaya gəlir?
