Azarkeşlər “Barselona”nın prezidentinin istefasını tələb etdi

Azarkeşlər “Barselona”nın prezidentinin istefasını tələb etdi

Avqustun 25-də “Kamp Nou” stadionuna toplaşan azarkeşlər “Barselona”nın prezidenti Xosep Bartomeunun istefasını tələb ediblər. Bu, Lionel Messinin Kataloniya klubundan getməsinin mümkünlüyü ilə bağlı xəbər yayılandan sonra baş verib.
Bundan əvvəl xəbər verilirdi ki, 33 yaşlı argentinalı hücumçu “Barselona”nın tərk etmək qərarına gəlib.