"Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO

"Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO

Dünən Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib. Təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda  Moldova "Şerif"ini qəbul edib. 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib. "Şerif" isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.
Qeyd edək ki, "Şerif"  bundan əvvəl də avrokuboklarda "Qarabağ"a rəqib olmuşdu. Bundan əvvəlki görüşlərdə də təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Ağdam təmsilçisi növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.
Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"inə 4:0 hesabı ilə qalib gəlib.


26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) - 2:1
Qollar:Uroş Matiç, 22-pen (1:0), Mahir Emreli, 63 (2:0), Kastanyeda, 78 (2:1)
Qırmızı vərəqə: Anatole Abanq, 37- birbaşa qırmızı vərəqə ("Şerif")
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
 

"Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO "Qarabağ" "Şerif"i də Bakıdan məğlub göndərdi - FOTO