UEFA-nın yeni reytinqində bir pillə yüksəliş

UEFA-nın yeni reytinqində bir pillə yüksəliş

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb. Siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub. Çempionlar Liqasının 2-ci turunda ötən gün “Şerif"ə (Moldova) 2:1 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın xalını artırıb və mövqeyini yüksəldib. Aktivinə 0,375 xal yazan Azərbaycan son beş mövsümün nəticələrinə əsasən 15.125 xalla 26-cı yerdən 25-ci  pilləyə yüksəlib. Buna həm də Rumıniya ÇFR-inin öz meydanında Xorvatiya “Dinamo”su ilə 2:2 hesablı heç-heçə səbəb olub. Ölkəmizi Rumıniya (26) Qazaxıstan (27), Belarus (28)  izləyir. 24-cü yerdə olan Norveç isə Azərbaycanı 0.125 xal qabaqlayır.