Pep daha bir il «şəhərlilər»lə qalacaq

Pep daha bir il «şəhərlilər»lə qalacaq

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. İngiltərə təmsilçisi 49 yaşlı mütəxəssislə 2021-ci ilin iyununda başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaq istəyir.

Qeyd edək ki, Qvardiola 2016-ci ildə Premyer Liqa klubunu çalışdırır. Onun rəhbərliyi altında «şəhərlilər» iki dəfə (2017/2018, 2018/2019) ölkə çempionu olub, eyni zamanda ölkənin kubokunun (2018/2019) və Superkubokunun (2018, 2019) sahibi olub.