"Sumqayıt" Avropa Liqasında mübarizəni dayandırdı 

"Sumqayıt" Avropa Liqasında mübarizəni dayandırdı 

"Sumqayıt" komandası ötən gecə UEFA Avropa Liqasında ilk matçına çıxıb. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Avropa Liqasının I təsnifat mərhələsinin oyununda Şimali Makedoniyanın "Şkendiya" klubunu qəbul edib. "Kapital Bank Arena"da keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qol penaltidən vurulub. Hesabı 56-cı dəqiqədə Besart İbrahimi açıb. O, "Sumqayıt"ın kapitanı Vurğun Hüseynovun kobud oyunundan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 89-cu dəqiqədə isə Tellur Mütəllimov kobud oyun səbəbindən ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu dəfə penaltidən Lyupçe Doriyev yararlanıb. 
Beləliklə, "Sumqayıt" Avropa Liqası ilə erkən vidalaşıb.  

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

27 avqust

20:00. “Sumqayıt” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 0:2

Qollar: Besart İbrahimi, 56 (pen.). Lyupçe Doriyev, 89

Qırmızı vərəqə: Tellur Mütəllimov, 89 ("Sumqayıt")
Hakimlər: Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt, “Kapital Bank Arena”