Ümumdünya Şahmat Olimpiadası: Millimiz Polşa komandasına qarşı 

Ümumdünya Şahmat Olimpiadası: Millimiz Polşa komandasına qarşı 

Bu gün Azərbaycan komandası Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirəcək. Komandamız 1/4 finalda Bolqarıstan millisini məğlub edən Polşa yığması ilə üz-üzə gələcək. Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Dörddəbir finalın digər oyunlarına gəldikdə Rusiya Macarıstan, ABŞ Ukrayna, Hindistan Ermənistanla mübarizə aparacaq.
Millimizin Polşa komandasına qarşı oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.