Fransa millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqbada koronavirus aşkarlanıb. Bu barədə Fransa yığmasının baş məşqçisi Didye Deşam məlumat verib. 27 yaşlı yarımmüdafiəçinin testi müsbət çıxıb.
Qeyd edək ki, Pol Poqba Fransa millisi ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub. O, 2019/2020 mövsümündə "Mançester Yunayted"də uzun müdddət zədəli olduğu üçün 15 oyun keçirə bilib. Yarımmüdafiəçi 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransa Millətlər Liqasında sentyabrın 5-də səfərdə İsveç millisi ilə üz-üzə gələcək. Komanda üç gün sonra Xorvatiyanı qəbul edəcək.
“Mançester Yunayted”in futbolçusu koronavirusa yoluxdu
