“Çelsi” transferini rəsmiləşdirdi

“Çelsi” transferini rəsmiləşdirdi

İngiltərənin “Çelsi” klubu Fransanın “Paris Sen-Jemen” komandasının müdafiəçisi Tiaqo Silvanı transfer edib.
London təmsilçisi braziliyalı futbolçu ilə birillik müqavilə imzalayıb.
Qeyd edək ki, Tiaqo Silva parislilərin heyətində 2012-ci ildən çıxış edib. Tiaqo 315 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.