Ümumdünya Şahmat Olimpiadasının finalçılarının adlarına aydınlıq gəlib. İki turdan sonra (2:4, 4,5:1,5) tay-brekdə Polşa komandasına qalib gələn Hindistan və ABŞ yığmasını məğlub edən (3,5:2,5, 3:3) Rusiya komandaları finalda üz-üzə gələcəklər. Qeyd edək ki, Azərbaycan komandası dörddəbir final oyunlarında Polşa komandasına məğlub olaraq olimpiadada çıxışını dayandırıb.
Final oyunları bu gün keçiriləcək.