İtaliyanın "Milan" futbol klubu İsveçli hücumçu Zlatan İbrahimoviçlə müqavilənin uzadıldığını təsdiqlədi. Bu barədə klubun mətbuat xidməti bildirib. Z.İbrahimoviçin Milan ilə hazırkı müqaviləsi 31 avqustda başa çatır. Z.İbrahimoviç müqaviləni bir il uzadıb, idmançı 7 milyon avro qazanacaq.
"Milan" İbrahimoviçlə müqavilənin uzadılmasını təsdiqlədi
