Sentyabrın 4-də “Zirvə” Uşaq və İdman Akademiyasında açıq havada şahmat turniri keçiriləcək. Turnir rapid üzrə müxtəlif yaş qrupunda uşaqlar arasında təşkil ediləcək. COVID-2019 infeksiyası ilə əlaqədar olaraq yarışda şahmatçılar hər qrupda 15 nəfər olmaqla 3 qrup üzrə mübarizə aparacaqlar. Turnirin qalib və mükafatçılarına kubok, diplom və şahmat məsələ kitabı təqdim ediləcək.
Ölkəmizdə açıq havada şahmat turniri təşkil olunacaq