Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. İlk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb. Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2765 xal var. Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci yerdə qalıb. Qədir Hüseynov bir pillə irəliləyərək 2665 xalla 71-ci olub. Nicat Abbasov da bir pillə irəliləyib və 73-cü sırada qərarlaşıb. 2654 xalı olan Rauf Məmmədov isə 90-93-cü yerləri bölüşür. Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.
Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 75-ci yerdə qalıb. 2 376 xalı olan Xanım Balacayeva isə yenə 85-cidir.
Qrossmeysterimiz ilk onluqda yer aldı