“Qarabağ” Norveç təmsilçisinə rəqib oldu

“Qarabağ” Norveç təmsilçisinə rəqib oldu

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib. Azərbaycanın UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" komandasının da püşkatmadan sonra rəqibi müəyyənləşib. Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveçin “Mölde” klubu ilə üz-üzə gələcək. Ölkə çempionu matçını Bakıda keçirəcək. Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları sentyabrın 15-16-da təşkil olunacaq.

31 avqust

Püşkatma mərasimi

Çempionlar Liqası, III təsnifat mərhələsi

Çempionlar Yolu

“Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) “QARABAĞ” (AZƏRBAYCAN) - “Mölde” (Norveç) “Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya) “Midülland” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) “Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Brest, Belarus)

Liqa Yolu

PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) “Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) “Gent” (Belçika) - “Rapid” (Vyana, Avstriya)