4 şahmatçımızın Tromse sınağı başladı

4 şahmatçımızın Tromse sınağı başladı


Avqust ayının 11-də Norveçin Tromse şəhərində şahmat üzrə Dünya Kuboku start götürüb.
Azərbaycanı bu ilki Dünya Kubokunda 4 şahmatçı - Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli Teymur Rəcəbov və Eltac Səfərli təmsil edirlər. Kubokun birinci raundunun ilkin mərhələsində Şəhriyar Məmmədyarov və misirli Sammi Şokerin mübarizəsi Azərbaycan şahmatçısının qələbəsi ilə başa çatıb.
Teymur Rəcəbov perulu Jey Cori, Vasif Durarbəyli isə Ukrayna şahmatçısı Anton Korobov ilə xal bölgüsü aparıblar. Eltac Səfərli isə Misir şahmatçısı Amin Bassema məğlub olub. Qyed edək ki, reqlamentə görə Dünya kuboku yarışlarında ilk iki yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
Rəqiblər iki oyunun nəticəsinə görə qalib adını qazanır və növbəti tura vəsiqə əldə edirlər. Əgər hər iki görüşün nəticəsində qalib müəyyən edilməsə növbəti gün 4 oyundan ibarət sürətli yarış keçiriləcək.
Ümumilikdə 128 şahmatçının iştirakı ilə baş tutan yarış yeddi raunddan ibarət olmaqla Olimpiya sistemi üzrə keçirilir və sentyabrın 3-də başa çatacaq.