“Arsenal” futbol klubunun və İngiltərə millisinin keçmiş məşhur futbolçusu, televiziya eksperti Pol Merson Lionel Messi ilə bağlı maraqlı fikir bildirib. O, bildirib ki, hazırda “Barselona”nın hücumçusu L.Messi üçün böyük məbləğin xərcələnməsi çox risklidir. “Lionel Messi artıq dünyanın ən yaxşı oyunçusu deyil. Hazırda onu böyük pullara dəyişmək çox risklidir. Onun yaxşı vaxtları artıq bitib”, - deyə P.Merson bildirib.
“Messi artıq dünyanın ən yaxşı oyunçusu deyil”
