"Mançester Siti" sahibi olan "City Football Group" (CFG) şirkəti növbəti klub alıb. Fransa ikinci liqasında çıxış edən "Trua"nın səhmlərinin sahibi olub. Bununla da şirkət 10-cu klub alıb.
Qeyd edək ki, CFG "Mançester Siti", "Troyes"lə yanaşı, "Lommel" (Belçika), "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "İokoqama F. Marinos" (Yaponiya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Siçuan Szyunyu" (Çin) və "Mumbai Siti"nin" (Hindistan) sahibidir.
"City Football Group" 10-cu klubu
