"Atalanta" "Yuventus"un futbolçusunu icarəyə götürüb

"Atalanta" "Yuventus"un futbolçusunu icarəyə götürüb

"Yuventus"un futbolçusu Kristian Romero karyerasını "Atalanta"da davam etdirəcək. Berqamo təmsilçisi 22 yaşlı müdafiəçini 2 mövsüm müddətinə icarəyə götürüb. Bunun üçün "Atalanta" 2 milyon avro icarə haqqı ödəyib. Klub argentinalı oyunçunu 16 milyon avro ödəyərək birdəfəlik almaq hüququna malikdir. Qeyd edək ki, Romero ötən mövsüm icarə əsasında "Cenoa"da oynayıb.