Messi koronavirus testini evində verdi

Messi koronavirus testini evində verdi

“Barselona”nın kapitanı Lionel Messi evdə koronavirus testindən keçib.
​ Argentinalı hücumçudan götürülən test nümunələrinin nəticəsi neqativ çıxarsa, o, sabahdan etibarən komanda ilə məşqlərə qatılacaq.
33 yaşlı oyunçu Kataloniya təmsilçisindən ayrılmaq istədiyinə görə ötən həftə testdən keçmək üçün klubun bazasına getməmişdi. Lakin Messi dünən daha 1 il “Barselona”da qalacağını açıqlayıb.