«İmperator»a sürpriz təbriklər - Video

«İmperator»a sürpriz təbriklər - Video

Türkiyənin "Qalatasaray" klubu baş məşqçi Fatih Terimə 67 yaşı münasibətilə sürpriz edib. Klub Terimin karyerası ərzində birgə çalışdığı futbolçular və dostlarının təbriklərinin yer aldığı video hazırlayıb. Onların arasında İngiltərə "Arsenal"ının sabiq baş məşqçisi Arsen Venger, təcrübəli mütəxəssislə İtaliyada birgə çalışmış Paolo Maldini, Cennaro Qattuzo, Nunu Qomeş, Ruy Koşta, "sarı-qırmızılar"ın əfsanəvi futbolçuları George Hacı, Didye Droqba, Uesli Sneyder, həmçinin Felipe Melo, Yohan Elmander, Yuto Naqatomo, Mariano, Maykon kimi oyunçular da olub.