21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Milan Obradoviçin baş məşqçisi olduğu kollektiv Fransa seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçda hesab ilk hissədə açılıb. 25-ci dəqiqədə Odson Eduar penaltidən fərqlənib. Birinci hissə qonaqların minimal hesablı üstünlüyü ilə başa çatıb. Fransızlar ikinci hissədə daha bir qol vurublar. 83-cü dəqiqədə Amin Quiri komandasının üstünlüyünü 2 topa çatdırıb. Yığma 90-cı dəqiqədə Tural Bayramovla fərqi minimuma endirib - 1:2. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qeyd edək ki, II qrupda yer alan Azərbaycan millisi 7 oyundan sonra 6 xalla 5-ci pillədə yer alır. Bakıdakı qələbədən sonra xallarını 15-ə çatdıran Fransa isə 2-ci sıradakı mövqeyini qoruyub. Qrupa fransızlarla eyni xalı olan İsveçrə seçməsi başçılıq edir.
Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.
Millimiz Fransa yığmasına uduzdu
