Bu gün UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulacaq

Bu gün UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulacaq

Bu gün Millətlər Liqasında II tur çərçivəsində 9 qarşılaşma oynanılacaq. Bununla da II tura yekun vurulacaq. A liqasında 2-ci qrupda Belçika İslandiyanı, Danimarka İngiltərəni qəbul edəcək. 3-cü qrupda Fransa ilə Xorvatiya, İsveçlə Portuqaliya görüşəcək. C liqasında da 4 matç oynanılacaq. Azərbaycan yığması 1-ci qrupda Kiprin qonağı olacaq. Rəqiblərimiz Lüksemburq və Monteneqro qrup liderliyi uğrunda mübarizə aparacaq. 2-ci qrupda Gürcüstan Şimali Makedoniya, Ermənistan Estoniya ilə görüşəcək.

D liqasında San-Marino və Lixtenşteyn ilk xal üçün mübarizə aparacaq. 2-ci qrupun digər komandası Cəbəllütariq bu turda istirahət edəcək.

Qeyd edək ki, Millətlər Liqasında növbəti oyunlar oktyabrın 8-13-də keçiriləcək. 6 gün ərzində iki tur baş tutacaq.

Millətlər Liqası II tur 8 sentyabr

C liqası, 2-ci qrup 18:00. Gürcüstan – Şimali Makedoniya 20:00. Ermənistan – Estoniya

A liqası, 2-ci qrup 22:45. Belçika – İslandiya 22:45. Danimarka – İngiltərə

A liqası, 3-cü qrup 22:45. Fransa – Xorvatiya 22:45. İsveç – Portuqaliya

C liqası, 1-ci qrup 22:45. Kipr – Azərbaycan 22:45. Lüksemburq – Monteneqro

D liqası, 2-ci qrup 22:45. San-Marino - Lixtenşteyn