Elxan Məmmədov CFA-nın rəsmiləri ilə görüşüb

Elxan Məmmədov CFA-nın rəsmiləri ilə görüşüb

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Kipr Futbol Assosiasiyasının (CFA) rəsmiləri ilə görüşüb. Görüşə CFA prezidenti Giorqos Kumas da qatılıb. Kumas Məmmədova UEFA Millətlər Liqasının II turunda keçiriləcək Kipr - Azərbaycan matçının vimpel və xatirə hədiyyəsini təqdim edib.

Qeyd edək ki, bu gün Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.