AFFA “Keşlə”ni cərimələdi

AFFA “Keşlə”ni cərimələdi

AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib. Buna Premyer Liqanın I turunda "Sumqayıt"la matçda Tərlan Quliyevin sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxması səbəb olub.
O, protokolda 3 nömrəli futbolçu kimi qeyd olunsa da, meydana 33 nömrəli forma ilə çıxmışdı. İkinci hissənin sonlarında meydana daxil olan futbolçunu baş hakim Elçin Məsiyev geri qaytarıb. Yalnız rəqəmlərdən birinin üstünü skoçla bağladıqdan sonra Quliyev meydana daxil olub.
Qeyd edək ki, qarşılaşma "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.