Canni De Byazi: “Komandamız məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”

Canni De Byazi: “Komandamız məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”

Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi.
Bu sözləri sentyabrın 8-də UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Kipr millisini minimal hesabla məğlub edən Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, oyunu tam heyətlə tamamladığından çox sevinclidir. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gəlməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.
“İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı. Lüksemburqa qarşı oyunla müqayisədə heyətdə bir neçə dəyişikliklər oldu. Həmin görüş xoşuma gəlməmişdi. O, ilk oyunum idi. Çünki yoldaşlıq görüşləri keçirmək imkanımız da olmamışdı. Bu gün yeni nəfəs lazım idi. İki yeni oyunçu meydana buraxdıq. Abbas Hüseynov və Rəhim Sadıxov çox xoşuma gəldi. Belə futbolçuları yavaş-yavaş heyətə qatacağıq. Mənim üçün ən vacibi də futbolçuların komandaya kömək etmək istəyidir. Bu gün tribunada olan futbolçular da həmçinin bizə böyük dəstək oldular. Bu, vacib məqamdır. Komanda təkcə 11 nəfərdən deyil, 25 nəfərdən ibarətdir. Bu gün də onların səsini eşitdik”, - deyə Canni De Byazi əlavə edib.