“Qəbələ”dən növbəti transfer

“Qəbələ”dən növbəti transfer

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlıqları davam etdirən “Qəbələ” klubu heyətini yeni müdafiəçi ilə gücləndirib. “Qırmızı-qaralar” xorvatiyalı Vinko Medimoreçin transferini gerçəkləşdirib. İyirmi altı yaşlı legionerlə bir il müddətinə müqavilə imzalanıb. Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin “Koprivinitsa” klubunda başlayan müdafiəçi 2014-2015-ci illər mövsümündə bu komandada çıxış edib. 2015-ci ildə “Slaven”ə keçən Vinko son 5 mövsümdə yüksək dəstə təmsilçisinin formasını geyinib. O, “Slaven”in heyətində 98 oyunda 4 qol vurub. Futbolçu 2015-2016-cı illər mövsümündə Xorvatiya kubokunun finalçısı olub.