Məsut Özil rəqibini məsxərəyə qoydu

Məsut Özil rəqibini məsxərəyə qoydu

“Arsenal” futbol klubunun yarımmüdafiəçisi Məsut Özil rəqibi “Tottenhem” komandasını məsxərəyə qoyub. Belə ki, futbolçunun Twitter hesabında azarkeşlərdən biri ona “seçim şansın olsaydı hansını seçərdin, “Tottenhem”in şərəfini qorumağı ya idman karyeranı bitirməyi?” deyə sual verib. M.Özil bu suala sarkazmla cavab verib. “Kubok əldə etmək istəmirəmsə, orada oyanayardım”, - deyə o, cavab verib.
Qeyd edək ki, “Tottenhem” komandası sonuncu dəfə 1961-ci ildə İngiltərə çempionu olub. Liqa Kubokunu isə 2008-ci ildə əldə edib.