Azarkeş Belarus müxalifətinin bayrağını qaldırdığına görə cəzalandırıldı

Azarkeş Belarus müxalifətinin bayrağını qaldırdığına görə cəzalandırıldı

Moskvanın Savelovski Məhkəməsi CSKA-nın azarkeşi Dmitri Qolembevskini cəzalandırıb. Tinkoff Rusiya çempionatının ikinci turu çərçivəsində keçirilən “Tambov” oyunu zamanı D.Qolembevski Belarus müxalifətinin bayrağını qaldıraraq “Jivye Belarus” (“Yaşasın Belarus”) şüarını səsləndirib. Məhkəmə azarkeşi 3000 rubl cərimə etmək qərarına gəlib və bir il müddətdində stadionlara daxil olmağı qadağan edib. Həmçinin oyunda 15-ə yaxın ordu azarkeşi saxlanılıb. Saxlanılan şəxs isə hadisəni belə şərh edir. “Bu bayraq Belarus Respublikasının keçmiş bayrağıdır. Mən siyasi jestləri nəzərə almayaraq bunu etdim. Hərəkətimdə qanun pozuntusunun olmadığını düşünürəm.