Avstraliya cənub yarımkürəsinin kubokunu qəbul edəcək

Avstraliya cənub yarımkürəsinin kubokunu qəbul edəcək

Avstraliya 2020-ci ilin noyabr və dekabr aylarında reqbi üzrə cənub yarımkürəsinin kubokunu qəbul etməyə hazırlaşır. Cənub yarımkürəsinin ən güclü komandalarının yarışında Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika və Argentina yığmaları iştirak edəcək. Turnir dairəvi sistem üzrə 12 oyundan ibarət olacaq. Demək olar ki, bütün oyunların Avstraliyanın Yeni Cənubi Uels ştatının şəhərlərində keçirilməsi planlaşdırılır. İki qarşılaşmanı Kvinslend əyalətində yerləşən Brisben stadionları qəbul edəcək.
Qeyd edək ki, hazırkı çempion Cənubi Afrika yığmasıdır. Komandanın aktivində cəmi dörd kubok var. Turnirin tarixində ən titullu komanda isə hesabında 16 mükafat olan Yeni Zelandiyadır.