Sərgən Yalçın koronavirusa yoluxdu

Sərgən Yalçın koronavirusa yoluxdu

"Beşiktaş” klubunun baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub. Türkiyəli mütəxəssisin test nəticəsi müsbət cavab verib.
Yalçının durumunun çox ciddi olmadığı bildirilib. Onun tədbir məqsədi ilə təcrid edildiyi açıqlanıb.
Qeyd edək ki, “Beşiktaş” sabah Türkiyə Super Liqasının ilk turu çərçivəsində “Trabzonspor”la qarşılaşacaq.