Messi yardım kampaniyasında iştirak edib

Messi yardım kampaniyasında iştirak edib

“Barselona”nın hücumçusu Lionel Messi İsrailin “OrCam” şirkətinin yardım kampaniyasında iştirak edib. Argentinalı futbolçu görməsi zəif olan uşaqlara, yüksək texnologiyaya sahib olan eynəklər bağışlayıb. Bu eynəklər onu istifadə edən şəxsin qarşısında hansı əşyaların olduğunu bildirir. Görməsi zəif olan uşaqlara hədiyyə olunan hər cihazın qiyməti 4 min dollar civarındadır. Lionel Messi yardım kampaniyasının əhəmiyyəti barəsində bunları deyib: “Bu cihaz, görmə problemi olan hər bir kəsin həyatını dəyişdirəcək. “OrCam” şirkətinin elçisi olmaqdan qürur duyuram. Biz bununla bir çox yardıma ehtiyacı olan insana kömək edə bilərik”.