“Zirə” Premyer Liqada ilk qələbəsini qazandı

“Zirə” Premyer Liqada ilk qələbəsini qazandı

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün II turunun növbəti oyunu keçirilib. Turun ikinci oyun günündə “Səbail” klubu öz meydanında “Zirə”ni qəbul edib. Qarşılaşma zirəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 47-ci dəqiqədə açılıb. “Zirə”nin futbolçusu Davit Volkov fərqlənib. Qoldan 20 dəqiqə sonra “Zirə” hesab arasında fərqi iki topa çatdırıb. Hakimin təyin etdiyi penaltini Ruslan Qurbanov dəqiq zərbə ilə tamamlayıb.
Beləliklə, “Zirə” mövsümdə Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Zirə” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Səbail” isə ardıcıl ikinci məğlubiyyətini qazanaraq xalsız qalıb.
Xatırladaq ki, turun ilk oyun günündə “Neftçi” klubu “Sumqayıt”a məğlub olub. “Qarabağ”-“Keşlə” oyununda isə qalib müəyyənləşməyib - 0:0.
Tura ayın 13-də baş tutacaq “Sabah”–“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.