İngiltərədə futbol mövsümünə start verildi

İngiltərədə futbol mövsümünə start verildi

İngiltərə Premyer Liqasında 2020/21 mövsümünə start verilib. İlk oyun günündə keçirilməli olan 6 matçdan dördü baş tutub. Ötən mövsüm Premyer Liqa və Çempionşipdə qalib adını qazanan “Liverpul” və “Lids” arasında qarşılaşma məhsuldarlığı ilə diqqət çəkib. 7 qolun vurulduğu matçda lidslilər 3 dəfə hesabı bərabərləşdirsə də, "mersisaydlılar" qələbə qolunu vura bilib. Məhəmməd Salah bu matçda het-trikə imza atıb.
“Arsenal” səfərdə “Fulhem”i darmadağın edib. “Kristal Pelas” öz meydanında “Sauthempton”u bir qolla üstələyib. Günə “Vest Hem” – “Nyukasl” matçı ilə yekun vurulub. Qarşılaşmanın taleyini qonaqların ikinci hissədə vurduğu qollar həll edib.
Qeyd edək ki, turun digər matçları sentyabrın 13-14-də keçiriləcək.
İngiltərə Premyer Liqası I tur 12 sentyabr “Fulhem” – “Arsenal” – 0:3 Lakazet, 8, Qabriel, 49, Obameyanq, 57 “Bernli” – “Mançester Yunayted” – təxirə salınıb “Kristal Pelas” – “Sauthempton” – 1:0 Saha, 13 “Mançester Siti” – “Aston Villa” – təxirə salınıb “Liverpul” – “Lids” – 4:3 Salah, 4 (pen.), 33, 88 (pen.), van Deyk, 20 – Hartson, 12, Bamford, 30, Klix, 66 “Vest Hem” – “Nyukasl” – 0:2 Uilson, 56, Hendrik, 87