La Liqa: 90-cı mövsüm “Real” və “Barselona”sız başladı

La Liqa: 90-cı mövsüm “Real” və “Barselona”sız başladı

İspaniya La Liqasında 2020/21 mövsümü start götürüb. Yubiley – 90-cı çempionatın ilk oyun günündə I turun üç matçı keçirilib. “Eybar” və “Selta” arasında oyunda qol vurulmayıb. “Atletik” səfərdə “Qranada”ya uduzub.
Günə “Kadis” – “Osasuna” qarşılaşması ilə yekun vurulub. Hər hissədə bir qol vuran qonaqlar mövsümə qələbə ilə başlayıb.
Qeyd edək ki, turun digər matçları sentyabrın 13-də keçiriləcək. İlk turda “Real” və “Barselona” komandalarının oyunları təxirə salındığı üçün meydana çıxmayacaq.
İspaniya La Liqası I tur 12 sentyabr “Eybar” – “Selta” – 0:0 “Qranada” – “Atletik” – 2:0 Errera, 49, Milla, 53 “Kadis” – “Osasuna” – 0:2 Lopes, 10, Qarsia, 80