Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qəbələ” “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında II turun son oyunu keçiriləcək. Günün yeganə matçı Bakıda baş tutacaq. Masazırdakı “Bank Respublika Arena”dakı qarşılaşmada “Sabah” “Qəbələ”ni qəbul edəcək. Mövsümə məğlubiyyətlə başlayan Visente Qomesin yetirmələri ilk ev oyununda qalib gəlməyə çalışacaq. Ötən tur heç-heçə edən Elmar Baxşıyevin komandası isə səfərdə uğurlu nəticəyə köklənib.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sumqayıt”a 0:2 hesabı ilə uduzub, “Keşlə” – “Qarabağ” matçında qol vurulmayıb. Dünən isə “Zirə” səfərdə “Səbail”ə qalib gəlib – 2:1.