Futbol məşqçiləri üçün vebinar keçirilib  

Futbol məşqçiləri üçün vebinar keçirilib  

AFFA tərəfindən “Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar keçirilib. AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçirilən vebinarda aşağı yaş qrupu üzrə komandaların məşqçiləri olmaqla 90 nəfər iştirak edib. Vebinarda V.Mrdakoviç postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma, dözümlülük məşqləri, fiziki və funksional dəyişiklik spesifik futbol məşqləri, sürət, güc və çeviklilik məşqləri, gənc oyunçuların meydandakı performansının dəyərləndirilməsi, kiçik oyunlar ilə məşqin zamanının bölünməsi mövzusunda məruzə ilə çıxış edib.