Çempionlar Liqasında III təsnifat mərhələsinə start götürür

Çempionlar Liqasında III təsnifat mərhələsinə start götürür

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
İlk oyun günündə 3 görüş keçiriləcək. Pley-offa ilk üç vəsiqənin sahibi Liqa yolunda bəlli olacaq. Kiyev “Dinamo”su evdə “Alkmaar”ı sınağa çəkəcək.
PAOK “Benfika” ilə üz-üzə gələcək. “Gent” isə öz meydanında “Rapid”lə qarşılaşacaq.
Qeyd edək ki, III təsnfiat mərhələsinin digər 5 matçı sabah baş tutacaq.
Çempionlar Liqası III təsnifat mərhələsi 15 sentyabr Liqa yolu 21:00. “Dinamo” (Ukrayna) - “Alkmaar” (Niderland) 22:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) 22:30. “Gent” (Belçika) - “Rapid” (Avstriya)