“C'Chartres” şahmat klubunun və “Avropa şahmat” (Europe Echecs) jurnalının təşkilatçılığı ilə qrossmeysterlər - azərbaycanlı Rauf Məmmədov və fransalı Maksim Vaşye Laqraf arasında keçirilmiş matç təmsilçimizin qələbəsi ilə başa çatıb. “Europe-Chess” platforması vasitəsilə keçirilən turnirdə Rauf Məmmədov fransalı şahmatçıya 6:2 hesabı ilə qalib gəlib. Turnir 8 matçdan ibarət olub.