Cinayətkar futbolçu             

Cinayətkar futbolçu             

Braziliyanın “Nasional de Rolandiya” futbol klubunun  yarımmüdafiəçisi Vinisius Korsini polis tərəfindən saxlanılıb. Futbolçu klubun direktoru, iş adamı Xose Danilson Alveş de Oliveyranı öldürməkdə təqsirləndirilib. 28 yaşlı V.Korsini törətdiyi əməli etiraf edib. Qeyd edək ki, 58 yaşlı dördüncü divizion klubunun rəhbəri şəhərin mərkəzində bıçaq xəsarətləri almışdı. Cinayətkar futbolçu polis tərəfindən hadisə yerində saxlanılmışdı.